“Belarus koronavirusa qalib gəldi” - Lukaşenko

“Belarus koronavirusa qalib gəldi”
Oxunma sayı: 6707

Belarus Prezidenti Aleksandr Lukaşenko ölkənin səhiyyə sisteminin koronavirusa qalib gəldiyini bildirib.

“Qafqazinfo” Belarusun “Belta” informasiya agentliyinə istinadən xəbər verir ki, Lukaşenko bu gün dövlət mükafatlarının təqdimatı zamanı koronavirus infeksiyası ilə mübarizənin başında duran həkimlərin əməyini təqdir edib.

“Koronavirus infeksiyası ilə mübarizədə həkimlər ön cəbhədə idi. Səhiyyə sistemimiz buna dözdü. Ancaq mübarizə səylərimizi azaltmırıq, baxmayaraq ki, bu gün artıq qalib gəldiyimizi söyləyə bilərik”.

Lukaşenko bildirib ki, koronavirusla mübarizə dönəmində Belarus siyasi dərrakə və xalq müdrikliyi nümayiş etdirib.

Qeyd edək ki, bu günə qədər Belarusda 62 min nəfər koronavirusa yoluxub, 398 nəfər ölüb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi