Belarus millisinin baş məşqçisi istefa verdi

belarus-millisinin-bas-mesqcisi-istefa-verdi
Oxunma sayı: 968

Futbol üzrə Belarus millisinin baş məşqçisi Mixail Marxel istefa verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə o, yerli futbol ictimaiyyətinə müraciətində deyib.

55 yaşlı mütəxəssis DÇ-2022-nin seçmə mərhələsində Belçika yığmasına 0:8 hesablı məğlubiyyətdən sonra bu qərarı qəbul etdiyini bildirib. O, bütün məsuliyyəti öz üzərinə götürüb.

Qeyd edək ki, Mixail Marxal 2019-cu ilin iyununda yığmaya baş məşqçi təyin olunmuşdu.