Belarus nümayəndələrinin NATO mənzil-qərargahına girişi məhdudlaşdırıldı

belarus-numayendelerinin-nato-menzil-qerargahina-girisi-mehdudlasdirildi
Oxunma sayı: 1125

Belarus nümayəndələrinin NATO-nun Brüsseldəki mənzil-qərargahına girişi məhdudlaşdırılıb.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə NATO baş katibi Yens Stoltenberq mətbuat konfransında bildirib.

“Biz NATO-da təhlükəsizlik tədbirlərini daim qiymətləndiririk. Biz burada təhlükəsizlik tədbirlərinin qiymətləndirilməsini nəzərə alaraq, belaruslu nümayəndələr üçün NATO-nun mənzil-qərargahına girişi məhdudlaşdırmaq qərarına gəldik”, - o deyib.

O, həmçinin vurğulayıb ki, NATO Minskdə sərnişin təyyarəsinin məcburi enişinin müstəqil araşdırılmasına çağırır. Alyans insidenti nəinki beynəlxalq normaların kobud şəkildə pozulması, həm də ifadə azadlığına və azad KİV-ə qarşı birbaşa hücum hesab edir.