Belarus parlamenti bütün siyasi qüvvələrlə dialoqa hazır olduğunu açıqladı

belarus-parlamenti-butun-siyasi-quvvelerle-dialoqa-hazir-oldugunu-aciqladi
Oxunma sayı: 1388

“Belarus parlamentinin deputatları ölkədəki ziddiyyətləri həll etmək üçün istənilən siyasi qüvvə ilə və bütün vətəndaşlarla dialoqa hazırdır”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Belarus Milli Məclisinin Nümayəndələr Palatasının sədri Vladimir Andreyçenko “Belarus-1” telekanalında çıxışında bildirib: “Deputatlar korpusu bu gün istənilən qüvvə və bütün vətəndaşlarımızla dialoqa açıqdır”.

Andreyçenko onu da vurğulayıb ki, bu gün belaruslular üçün ən vacib şey dövlətin və sabitliyin qorunmasıdır. “Bunun üçün hamımız konstitusiyaya və qanunlara riayət etməliyik” ,- deyə Andreyçenko qeyd edib.

“Bu gün hamımız sakitləşməliyik, bu duyğulardan uzaqlaşmalıyıq, zehnimizi işə salmalıyıq. Çünki bütün bu nümayişlər, bütün bu tətillər sadəcə sadəlövh bir yalandır ki, guya bunlardan daha yaxşı olacaq. Yaxşı olmayacaq. Yalnız münaqişə uçurumuna sürüklənəcəyik” - deyə parlamentin aşağı palatasının sədri bildirib.