Belarus-Polşa sərhədində gözləyən miqrantlar... - Fotolar

belarus-polsa-serhedinde-gozleyen-miqrantlar
Oxunma sayı: 9361

Belarus-Polşa sərhədində miqrantlarla bağlı vəziyyət gərgin olaraq qalır.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, yüzlərlə qaçqından ibarət qruplara qida və su yardımı edilib. Humanitar yardım göstərən təşkilatlar arasında Qırmızı Xaç Komitəsi də var. 

Üç gündür Belarusun Qrodno şəhərindəki Bruzgi sərhəd keçidində gözləyən miqrantların əksəriyyəti İraqdan viza alaraq Belarusa gələn, oradan isə Polşaya keçən İraq, Əfqanıstan, Suriya qaçqınlarıdır. 
Polşa sərhədini qanunsuz keçən miqrantlardan bəziləri geri qaytarılıb, bəziləri isə Polşanın təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Bu hadisələrdən sonra Polşa sərhəddə təhlükəsizlik qüvvələrinin sayını 15 minə qədər artırıb. 

Belarus tərəfinin iddialarına görə, sərhədi keçmək istəyənlərdən bəziləri polşa əsgərləri tərəfindən açılan atəşlə yaralanıblar və Belarus yaralılara tibbi yardım edir. 

Rəsmi Minsk Avropanı miqrantlara qarşı laqeyd münasibət göstərməkdə, Polşa başda olmaqla, Avropa dövlətləri isə Belarusu miqrant böhranı yaratmaqda ittiham edirlər. 

Həmçinin oxuyun: Polşa sərhəddəki vəziyyətə görə Lukaşenkonu ittiham etdi