Belarus Rusiya neftinin tranzit qiymətini artırdı

belarus-rusiya-neftinin-tranzit-qiymetini-artirdi
Oxunma sayı: 824

Belarusun Antiinhisar Tənzimlənmə və Ticarət Nazirliyi Rusiya neftinin ölkə ərazisində yerləşən magistral boru kəməri ilə tranzitinin qiymətini 7,6% artırıb.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, yeni tranzit qiyməti cari ilin fevral ayının 1-dən indeksləşdiriləcək.

Nazirlik vurğulayıb ki, indeksləşmədən sonra belə Rusiya neftinin tranzit tarifi regionda “ən ucuz qiymətdir”.