Belarus XİN sərhəddəki vəziyyətlə bağlı bəyanat yaydı

belarus-xin-serheddeki-veziyyetle-bagli-beyanat-yaydi
Oxunma sayı: 4395

Belarus Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistanı atəşkəs rejiminə riayət etməyə, gərginliyin artmasına və insan tələfatına səbəb olan istənilən addımdan qaçmağa çağırır. “Qafqazinfo” xəbər verir ki, bu barədə Belarus Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib. 

“Tərəfləri atəşkəs rejiminə riayət etməyə və gərginliyi artıracaq və insan itkilərinə aparan hər hansı bir addımlardan çəkinməyə çağırırıq. Ümid edirik ki, Bakı və İrəvan birbaşa dialoqu bərpa edəcək, bütün bölgədə sabitliyə görə məsuliyyəti dərk edərək hər iki xalqa xas olan müdriklik və ehtiyatlılıq nümayiş etdirəcəklər”, - XİN-in saytındakı bəyanatda deyilir.

Qurumda, həmçinin ümid edirlər ki, Azərbaycana və Ermənistana dost olan bütün ölkələr, o cümlədən ATƏT-in Minsk Qrupu çərçivəsində, vəziyyətin daha da gərginləşməməsi üçün öz nüfuzundan istifadə edəcəklər.