Belarus yaxınlığında Ukraynanın “Su-24” təyyarəsi vuruldu

belarus-yaxinliginda-ukraynanin-su-24-teyyaresi-vuruldu
Oxunma sayı: 2066

Rusiya hərbi təyyarəsi hava döyüşü zamanı Ukrayna Silahlı Qüvvələrinə məxsus “Su-24” təyyarəsini vurub.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov açıqlayıb.

Onun sözlərinə görə, hadisə Ukrayna-Belarus sərhədinin yaxınlığında Rovno vilayətində baş verib.

Konaşenkov bildirib ki, Rusiyanın hava hücumundan müdafiə vasitələri tərəfindən sutka ərzində Ukraynanın 10 PUA-sı vurulub.