Belarusa gələn azərbaycanlılar karantində saxlanılmayacaq

belarusa-gelen-azerbaycanlilar-karantinde-saxlanilmayacaq
Oxunma sayı: 1186

Belarus Səhiyyə Nazirliyi COVID-19 hallarının qeydə alındığı ölkələrin siyahısını yeniləyib.

“Qafqazinfo” xəbər verir ki, avqustun 4-də daha 5 dövlət (Azərbaycan, Monqolustan, Tanzaniya, Fici və Şri Lanka) siyahıdan çıxarılıb.

Qeyd edək ki, siyahıya əlverişsiz epidemioloji vəziyyəti olan dövlətlər daxildir. Belə ki, bu ölkələrdən Belarusa gələn şəxslərdən 14 gün özlərini təcrid etmələri tələb olunur.

Hazırda siyahıda 100 ölkə yer alıb.