Belarusda aksiyalar zamanı 103 polis yaralanıb

belarusda-aksiyalar-zamani-103-polis-yaralanib
Oxunma sayı: 1010

Belarusda avqustun 9-dan 13-dək baş verən icazəsiz aksiyalar zamanı 100-dən çox polis əməkdaşı yaralanıb.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb:

“Ümumilikdə, 9-13 avqust tarixlərində vətəndaşların qanunsuz hərəkətləri nəticəsində 103 polis yaralanıb, onlardan 28-i xəstəxanaya yerləşdirilib”.

Həmçinin bildirilib ki, son bir gün ərzində hüquq-mühafizə orqanları tərəfindən icazəsiz aksiyalarda iştirak etdiyinə görə 700-ə yaxın şəxs saxlanılıb.