Belarusda dövlət sərhədinin təhlükəsizliyi gücləndirildi

belarusda-dovlet-serhedinin-tehlukesizliyi-guclendirildi
Oxunma sayı: 1185

Belarus Dövlət Sərhəd Komitəsi dövlət sərhədinin mühafizəsini gücləndirməyə başlayıb.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bu barədə Dövlət Sərhəd Komitəsinin rəsmi nümayəndəsi Anton Bıçkovski məlumat verib. Bildirib ki, ölkənin qərb istiqamətindəki sərhədlərə xüsusi diqqət ayrılıb. 

“Ölkədəki mövcud vəziyyətlə əlaqədar olaraq, sərhəd xidməti orqanları dövlət sərhədinin mühafizəsini gücləndirmək üçün tədbirlər görürlər. Vəziyyət nəzərə alınaraq, qərb istiqamətindəki sərhədlərə xüsusi diqqət yetirilir”,-deyə Bıçkovski qeyd edib.