Belarusda hərbi təyyarə qəzaya düşdü, pilotlar öldü

belarusda-herbi-teyyare-qezaya-dusdu-pilotlar-oldu
Oxunma sayı: 1130

Belarusun qərbində “Yak-130” tipli hərbi təyyarə qəzaya düşüb, nəticədə göyərtədəki hər iki pilot həlak olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyi məlumat yayıb.

“Lida” hava bazasından qalxan döyüş təlim təyyarəsi Baranoviçi bölgəsinə qəza edib.

“Təlim uçuşu zamanı ekipaj texniki nasazlıq aşkarlayıb. Cəsarət və qəhrəmanlıq göstərən pilotlar təyyarəni qəsəbədən uzaqlaşdırmağa çalışıblar. Təyyarənin düşmə trayektoriyasının yaşayış binalarının xaricində olduğuna əmin olduqdan sonra pilotlar katapult etsələr də, təəssüf ki, hər ikisi həlak olub”,- deyə açıqlamada qeyd olunub.

Hadisə yerinə təcili yardım xidməti cəlb edilib.