Belarusda koronavirusa yoluxanların sayı 15 828-ə yüksəlib, son sutka ərzində daha 911 yoluxma halı qeydə alınıb. “Qafqazinfo” “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Qeyd edilir ki, son sutka ərzində 4 nəfər vəfat edib, qurbanların ümumi sayı 97-yə çatıb.
Ümumilikdə respublikada 195 430 koronavirus testi edilib. 3 117 nəfər koronavirusdan sağalıb.
Son xəbərlər
Son Xəbərlər