Belarusda koronavirusun 3-cü dalğası başlayıb

belarusda-koronavirusun-3-cu-dalgasi-baslayib
Oxunma sayı: 1239

Belarusda koronavirus epidemiyasının 3-cü dalğası başlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Belarus Səhiyyə Nazirliyinin Gigiyena, Epidemiologiya və Profilaktika şöbəsinin müdiri İnna Karaban məlumat verib. 

“Respublikamızda infeksiyaya yoluxmada növbəti artım başlayır. Bunu üçüncü dalğanın başlanğıcı hesab edirik”,- deyə Karaban bildirib.

Qeyd edək ki, Belarusda bu günə qədər 336 min 881 nəfər koronavirusa yoluxub, onlardan 2 min 363 nəfər xəstəlik səbəbindən həyatını itirib.