Belarusda terror aktına cəhdə görə ölüm cəzası veriləcək

belarusda-terror-aktina-cehde-gore-olum-cezasi-verilecek
Oxunma sayı: 825

Belarus senatorları ölkədə ölüm hökmünün tətbiqini genişləndirəcək Cinayət Məcəlləsinə dəyişiklik edilməsini nəzərdə tutan qanun layihəsini təsdiqləyiblər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə“Belta” yazır. Yeni qanun layihəsinə görə, ölkədə terrora cəhdə görə ölüm cəzasına məhkum edilə bilər:

1)  nüvə obyektlərindən istifadə etməklə, radioaktiv maddələrdən və ya nüvə materiallarından, kimyəvi və ya bioloji maddələrdən istifadə etməklə terror aktına görə;

2) beynəlxalq münaqişələri və ya müharibələri qızışdırmaq məqsədilə xarici dövlətin və ya beynəlxalq təşkilatın nümayəndəsini öldürmək;

3) dövlət orqanlarının qərar qəbul etməsinə təsir göstərmək, əhalini qorxutmaq, cəmiyyətdə sabitliyi pozmaq məqsədilə dövlət və ya ictimai xadimin dövlət və ya ictimai fəaliyyəti ilə əlaqədar öldürülməsi.

Xatırladaq ki, 2021-ci ilin sentyabrında Belarus ölüm hökmünün mümkün ləğvinə icazə verib. Konstitusiya Məhkəməsi ölkədə növbədənkənar referendum keçiriləcəyi təqdirdə ən yüksək cəzanın Cinayət Məcəlləsindən çıxarılacağını ehtimal edirdi.

2022-ci il aprelin sonunda Belarus hakimiyyəti Cinayət Məcəlləsinin sərtləşdirildiyini və “terror aktlarına cəhd” üçün ölüm cəzasının tətbiq olunacağını elan edib. Senatorlar infrastruktur obyektlərində silsilə təxribatdan sonra yenilikləri təsdiqləmək istəyiblər.