Belarusdan amerikalı diplomatlarla bağlı mühüm qərar

belarusdan-amerikali-diplomatlarla-bagli-muhum-qerar
Oxunma sayı: 1514

Belarus hökuməti ölkədə ABŞ diplomatlarının sayına qoyulan məhdudiyyəti ləğv edib. 

“Qafqazinfo”xəbər verir ki, bunu Xarici işlər nazirinin müavini Oleq Kravçenko Vaşinqtonda Atlantika Şurasının iclasında deyib.

Diplomatın sözlərinə görə, Minsk həm ABŞ, həm də Avropa İttifaqı ilə münasibətləri normallaşdırmağa çalışır. Ancaq bunun üçün çox iş görmək lazımdır.

Kravçenko, həmçinin, Belarusun Rusiya ilə də yaxşı münasibəti qorumağa çalışdığını qeyd edib.