Belaruslu idmançı Olimpiadadan sonra sığınacaq istədi

belaruslu-idmanci-olimpiadadan-sonra-siginacaq-istedi
Oxunma sayı: 2414

Tokio-2020 Yay Olimpiya Oyunlarında çıxış edən belaruslu atlet Kristina Timanovskaya çətin vəziyyətlə üzləşib.

“Qafqazinfo” xəbər verir ki, o, Belarus hökumətinə qarşı işlətdiyi ifadələrə görə ölkəsinə qayıda bilmir. 

Ötən günlərdə Timanovskaya Yaponiya paytaxtından Belarusa qayıtmalı olsa da, təyyarə sonda Tokionu Kristinasız tərk edib.

İdmançı bir gün əvvəlcədən yardım üçün polisə müraciət edib və gecəni hava limanındakı hoteldə keçirib.

24 yaşlı atletin digər ölkələrdən sığınacaq istədiyi bildirilir. Timanovskayanın artıq Polşadan humanitar viza aldığına dair məlumatlar var.