Belarusun 2 şəhərində OMON-çularla etirazçılar arasında toqquşmalar - Video + Yenilənib

belarusun-2-seherinde-omon-cularla-etirazcilar-arasinda-toqqusmalar
Oxunma sayı: 3785

Belarusun Brest şəhərinin mərkəzində etirazçılarla OMON-çular arasında toqquşmalar başlayıb.

“Qafqazinfo” bildirir ki, bu barədə “Sputnik Belarus” xəbər verib.

Güc strukturları etirazçılara qarşı dəyənəkdən istifadə edir.

***

Belarusun Minsk şəhərində də OMON-çularla etirazçılar arasında toqquşmalar başlayıb. “Qafqazinfo” bildirir ki, bu barədə “RİA Novosti” xəbər verib.

Bu, Mixail Pavlov adına parkda yaşanır.

***

OMON Minskdə “Maqnit" TM yaxınlığındakı etirazçıları rezin güllələr vasitəsilə dağıdır.

“Qafqazinfo”nun məlumatına görə, bu barədə şahidlər “Sputnik Belarus”a bildiriblər.

Etirazçılar prospektə bitişik olan Pavlov parkında gizlənməyə çalışırlar.