Belarusun Əməkdar artisti Musiqili Teatrda - Fotolar

belarusun-emekdar-artisti-musiqili-teatrda
Oxunma sayı: 772

Ü.Hacıbəyli XI Beynəlxalq Festivalı çərçivəsində Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Macar bəstəkarı İmre Kalmanın məşhur iki hissəli “Silva” operettası təqdim olunub.

“Qafqazinfo”nun məlumatına görə, səhnə əsərində "Silva" obrazını Belarusun Əməkdar artisti, Belarus Dövlət Akademik Musiqili Teatrının solisti Marqarita Viktorovna canlandırıb.

Akademik Musiqili Teatrın möhtəşəm səhnəsində özünü xoşbəxt sayan aktrisa bu səfərini iki ölkə arasında mədəni əlaqələrin inkişafı üçün atılan addımlardan biri hesab edib və gələcəkdə də belə qarşılıqlı əlaqələrin davam etdirilməsini arzulayıb. O, Azərbaycana olan hədsiz sevgisini vurğulamaq üçün qeyd edib ki, öz teatrlarının repertuarında olan Ü.Hacıbəylinin "Arşın mal alan” ("Свадебный базар”) operettasında Gülçöhrə obrazını çox böyük sevgi ilə ifa edir.

Qeyd edək ki, “Silva” əsərində dəvət olunmuş aktrisa ilə yanaşı, teatrının rus bölməsinin aktyorları - Əməkdar artistlər Boris Qrafkin, Svetlana Bulax, aktyorlar Rauf Babayev, Emil Heydərov, Aydan Həsənova, Firus Məmmədov, Nicat Əli, Telnaz Hüseynova, Murad Əliyev, Elməddin Dadaşov və başqaları da iştirak edib.