“Belarusun qonşu ölkələrə qarşı aqressiv planı yoxdur”

belarusun-qonsu-olkelere-qarsi-aqressiv-plani-yoxdur
Oxunma sayı: 2094

“Belarus qonşu ölkələrə münasibətdə heç bir aqressiv plana sahib deyil”.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bu barədə məlumatı Belarusun Müdafiə Nazirliyi yayıb.

Qeyd edək ki, Ukraynanın Xüsusi Rabitə və İnformasiya Mühafizəsi üzrə Dövlət Xidməti “Şimal” müdafiə qüvvələrinin regional idarəsinin nümayəndəsi Vitali Kirillova istinadən məlumat yayıb ki, Belarus qoşunları Ukraynanın Çerniqovşina bölgəsinə daxil olub.