Belarusun XİN rəhbəri intihar edibmiş?

belarusun-xin-rehberi-intihar-edibmis
Oxunma sayı: 2054

Ötən ilin noyabrında dünyasını dəyişən Belarusun XİN rəhbəri Vladimir Makeyin intihar etdiyi iddia olunur.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı öz yüksəkvəzifəli mənbələrinə istinadən Belarusun “Naşa Niva” qəzeti yayıb.

Məlumata görə, Makeyin intihar etməsinə səbəb həm şəxsi, həm də vəzifəsi ilə bağlı məsələlər ola bilər.

Bununla belə, qeyd olunur ki, Makeyin ölümü ilə bağlı rəsmi məlumatda nazirin ölüm səbəbi açıqlanmayıb.

Xatırladaq ki, 64 yaşlı Makey 2022-ci ilin noyabrında qəfil dünyasını dəyişib. O, Belarus XİN-ə 10 il başçılıq edib. Hadisədən sonra media və sosial şəbəkələrdə diplomatın qəfil ölümünün cinayət tərkibli olması barədə şayiələr yayılıb. Belə ki, bəzi iddialara görə, Makeyi zəhərləyə bilərdilər. Rusiyada analitiklərin fikrincə, burada Qərbin əli ola bilər. Ukrayna mediası isə Makeyin ölümünün ölkə Prezidenti Aleksandr Lukaşenkoya “son xəbərdarlıq” ola biləcəyini iddia edir və hadisədə Rusiyanı təqsirləndirir. Eyni zamanda, Makeyin infarktdan vəfat etməsi ilə bağlı da məlumatlar yayılıb.