Belarusun yeni Baş Naziri təyin olundu

Belarusun yeni Baş Naziri təyin olundu
Oxunma sayı: 1322

Xəbər verildiyi kimi, Belarus Prezidenti Aleksandr Lukaşenko keçən həftə hökumətdə kadr dəyişikliyini elan etdikdən sonra dünən Sergey Rumasın başçılıq etdiyi hazırkı hökuməti istefaya göndərib.

“Qafqazinfo” “Sputnik Belarus”a istinadən xəbər verir ki, yeni Baş Nazir vəzifəsinə isə bu günə qədər Dövlət Hərbi Sənaye Komitəsinin rəhbəri vəzifəsində çalışmış Roman Qolovçenko təyin olunub.

Qeyd edək ki, Qolovçenko əvvəlki illər ərzində Təhlükəsizlik Şurasının katibliyində, Baş Prokurorluqda və Prezident Administrasiyasında fəaliyyət göstərib. 2013-2018-ci illərdə isə Belarusun Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Küveyt və Səudiyyə Ərəbistanında səfir vəzifəsində çalışıb.


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi