Elçibəyin vəfatı qeyd olunacaq

elcibeyin-vefati-qeyd-olunacaq
Oxunma sayı: 667

Partiyanın mətbuat xidmiətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, iclasda qərarların icra vəziyyəti, ölkədəki ictimai- siyasi vəziyyət və qarşıda duran vəzifələr müzakirə olunub.

İclasda KXCP sədri Mirmahmud Mirəlioğlu qərarların icra vəziyyəti barədə məlumat verdi. O, ötən müddət ərzində partiyanın fəaliyyəti, gördüyü işlər və partiya üzvlərinin iştirakı ilə keçirilən tədbirlər barədə İdarə Heyəti üzvlərini məlumatlandırıb. Qərarların icra vəziyyəti qənaətbəxş hesab edilib.

Ölkədəki ictimai- siyasi vəziyyətlə bağlı müzakirələr aparılıb.

Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyin vəfat günü, 22 avqust- Savalanı Ziyarət günü ilə bağlı KXCP Sədr Aparatı tərəfindən tədbirlər planının hazırlanması barədə qərar qəbul olunub.