Belçika 1/8 finalda!

belcika-18-finalda
Oxunma sayı: 1923

Futbol üzrə Avropa çempionatı davam edir. 

"Qafqazinfo" xəbər verir ki, B qrupun lideri Belçika Danimarka ilə qarşılaşıb. Oyunda hesabı meydan sahibləri açsa da, belçikalılar əzmkar qələbəyə sevinib - 2:1.

Bununla da Belçika xallarının sayını 6-ya yüksəldərək 1/8 finala vəsiqəni təmin edib.

Qeyd edək ki, günün son matçında Niderland və Avstriya milliləri qarşılaşacaq.

AÇ-2020
17 iyun

B qrupu

Danimarka – Belçika 1:2
Qol: Y.Poulsen, 2 – T.Hazard, 55. K.D.Bruyne, 71.
Baş hakim: Byörn Kuypers (Niderland).
Kopenhagen. Parken stadionu.