Belçika 9 qollu qələbə ilə final mərhələsində - Video

Belçika 9 qollu qələbə ilə final mərhələsində
Oxunma sayı: 1154

AÇ-2020-nin seçmə mərhələsində VII tura start verilib.

"Qafqazinfo" xəbər verir ki, I qrupunda qərarlaşan Belçika San Marinonu qəbul edib və 9:0 hesablı qələbə qazanıb.

Bu qələbə ilə Belçika yığması xallarını 21-ə çatdırıb və Avropa çempionatının final mərhələsinə yüksələn ilk komanda olub.

Belçika - San Marino - 9:0

Qollar: Romelu Lukaku, 28, 41, Naser Şadli, 31, Kristian Brolli, 35 (avtoqol), Tobi Alderveyreld, 43, Yuri Tilemans, 45, Kristian Benteke, 79, Yari Versharen, 84 (pen.), Timoti Kastan, 90


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi