Belçikanın paytaxtı Brüsseldə hava limanında törədilmiş terror aktını törədənlərin kimliyi məlum olub.
“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, Belçika polislərinin araşdırmaları nəticəsində partlayışı İbrahim və Kalim əl Bakraui qardaşlarının törətdiyi müəyyənləşdirilib.
Onların Belçika vətəndaşları olduğu bildirilir.
Hər iki qardaş Parisdə baş vermiş terrorda da şübhəli bilinir. Qardaşlardan birinin 27, digərinin isə 30 yaşı var.
Onların yalnız bir əllərində əlcəkdən istifadə etmələri də diqqət çəkib. Mütəxəssislər bunun hücumun qüsursuz şəkildə gerçəkləşməsi üçün tətbiq edilən üsul olduğunu açıqlayıb. Hava limanındakı təhlükəsizlik kameralarından da göründüyü kimi Bakraoui qardaşlarının əllərinin yalnız birində əlcək var, digəri isə çılpaqdır.
İlkin versiyaya görə, əlcəklər təhlükəsizlik aləti kimi istifadə edilib. Çamadanları daşıyan arabanın tutacaq yerindən qara əlcəyin çəkilməsi və təmasın kəsilməsi avtomatik olaraq bombanın partlamasına səbəb olur. Beləliklə, intihar edən terrorçuların vurulması halında belə bomba partlaya bilir.
İkinci versiya görə isə, əlcəklər partlamanın zamansız və plansız həyata keçirilməsinə səbəb olan statik yükləmənmənin minimizə edilməsi üçün istifadə edilir.
Qeyd edək ki, bu üsullar əvvəllər Əl-Qaidə terror təşkilatı tərəfindən istifadə edilib. Mütəxəssislər bununla da İŞİD-lə Əl-Qaidə arasında əlaqələrin olduğunu deyir.
Xatırladaq ki, martın 22-də Belçikanın paytaxtı Brüsseldə aeroportda və metroda baş verən partlayışlar nəticəsində 34 nəfər ölüb, 230 nəfər yaralanıb.
Son xəbərlər
Son Xəbərlər