Belçika cəsədə görə Hollandiyadan torpaq aldı

belcika-cesede-gore-hollandiyadan-torpaq-aldi
Oxunma sayı: 1913

Hollandiya və Belçika arasındakı 175 illik sərhəd dəyişdi.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Belçika və Hollandiya sərhədində başsız cəsədin tapılmasından sonra cinayət işinin istintaqı çətinliklə üzləşib.

Belə ki, Belçika polisi hər dəfə ərazidə axtarış aparmaq istəyərkən Hollandiyadan rəsmi icazə almaq məcburiyyətində qalıb. Cəsədin tapıldığı yarımada heç kimin yaşamadığı, əsasən qeyri-qanuni tədbirlər, narkotik və insan alveri üçün istifadə edilən yer olub.

Hollandiya tərəfi bunu nəzərə alaraq 20 hektarlıq həmin torpağı Belçikaya güzəştə gedib.

Bununla da, 1843-cü ildən sonra ilk dəfə Hollandiya və Belçika sərhədi dəyişilib.