Belçika COVID-19-a qarşı tədbirləri sərtləşdirdi

belcika-covid-19-a-qarsi-tedbirleri-sertlesdirdi
Oxunma sayı: 949

Belçikada koronavirusla mübarizədə tədbirlər sərtləşdirilib.

"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, bütün ölkədə restoranlar, əyləncə və idman obyektlərinə daxil olmaq üçün QR kodlar tətbiq edilib.

Ölkədə yoluxma sayının artması səbəbi ilə belə bir qərar alınıb. Məlumata görə, qeydə alınan yeni yoluxmaların orta gündəlik sayı 5,3 min nəfərdir.