Belçika karantin rejimindən çıxış tarixini açıqladı

belcika-karantin-rejiminden-cixis-tarixini-aciqladi
Oxunma sayı: 2971

Belçika koronavirus pandemiyası ilə əlaqədar qəbul etdiyi məhdudlaşdırıcı tədbirləri mayın 4-dən etibarən mərhələli şəkildə ləğv etməyə başlayacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ölkənin Baş Naziri Sofi Vilmes Milli Təhlükəsizlik Təşkilatının iclasından sonra məlumat verib.

Hökumət rəhbərinin sözlərinə görə, bununla belə insanlar arasında məsafə saxlanılmalı, gigiyena qaydalarına ciddi əməl edilməli, COVID-19-un simptomları ortaya çıxarsa, mütləq evdə qalıb həkim çağırılmalıdır.

Mayın 4-dən etibarən ictimai nəqliyyatda 12 yaşdan yuxarı bütün şəxslər üçün maskalar tələb olunacaq.

Qeyd edək ki, Belçikada 44 293 nəfərdə koronavirus aşkarlanıb, onlardan 6 679-u vəfat edib.