Belçika Kralı İlham Əliyevi təbrik edib

belcika-krali-ilham-eliyevi-tebrik-edib
Oxunma sayı: 983

Belçikalıların Kralı Filip Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

“Qafqazinfo” xəbər verir ki, təbrikdə deyilir:

“Zati-aliləri!

Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan xalqına səmimi-qəlbdən təbriklərimi yetirir, rifah və əmin-amanlıq arzulayıram”.