Belçika layiqli qələbə qazandı - Yenilənib+Fotolar

belcika-layiqli-qelebe-qazandi
Oxunma sayı: 1754


"Qafqazinfo" xəbər verir ki, Belçika ABŞ-la qarşılaşır. Bu matçdan sonra sonuncu 1/4 finalçı komandanın adına aydınlıq gələcək. Argentina millisinin də rəqibi bu cütlüyün qalibi olacaq. Komandaların start heyətləri belədir:

Belçika: Kurtua, Alderveireld, Kompanii, Vertonghen, Vitsel, De Bryun, Fellani, Azar, Mertens, Van Byuten, Origi
ABŞ: Hovard, Qonzales, Bredli, Besler, Beasley, Dempsi, Bedoya, Cons, Zusi, Kameron, Conson 
***
İlk hissə başa çatdı, lakin hələ hesab açılmayıb.
***
90 dəqiqə ərinzdə Belçikanın saysız hesabsız hücumlarından bir nəticə çıxmadı və əlavə 30 dəqiqəlik vaxt oynanılır.
***
92-ci dəqiqədə Kevin De Bröyn Belçikanın axtardığı qolu vurdu.
***
104-cü dəqiqədə Lukaku komandasına demək olar ki, 1/4 finalı daha da yaxın edən qolu vurdu.2-0
***
106-cı dəqiqədə Qrin ABŞ-ın matçda ilk qolunu vurdu.2-1
***
2-1 hesabı ilə qalib gələn Belçika 1/4 finala yüksələrək Argentinaya rəqib oldu.
İqbal