Belçika Portuqaliyaya qarşı

belcika-portuqaliyaya-qarsi
Oxunma sayı: 2290

Avropa çempionatı davam edir.

“Qafqazinfo” xəbər verir ki, bu gün 1/8 final mərhələsi çərçivəsində daha iki oyun baş tutacaq.

Əvvəlcə Budapeştdəki “Puşkaş Arena”da Niderland və Çexiya yığmaları üz-üzə gələcək. Günün digər matçı isə Sevilyada, Belçika və Portuqaliya yığmaları arasında keçiriləcək.

Xatırladaq ki, daha öncə Danimarka və İtaliya yığmaları 1/4 finala vəsiqə qazanıb.

AÇ-2020

1/8 final

27 iyun

20:00 Niderland – Çexiya

Baş hakim: Sergey Karasyov (Rusiya).

Budapeşt. “Puşkaş Arena”.

23:00 Belçika – Portuqaliya

Baş hakim: Feliks Brıx (Almaniya).

Sevilya. “La Kartuxa” stadionu.