İspaniyanın Əndəlüs muxtar bölgəsinin rəhbərliyi Belçika şahzadəsi İoahimi karantin qaydalarını pozduğuna görə 10,4 min avro məbləğində cərimələyib. “Qafqazinfo” bildirir ki, bu barədə “TASS” xəbər verib.
Mənbənin məlumatına görə, 28 yaşlı İoahim mayın sonlarında təhsil təcrübəsi ilə əlaqədar Kordovaya gəlib. O, karantin məhdudiyyətlərini pozub və bir neçə partiyə qatılıb. Bir neçə gündən sonra özünü yaxşı hiss etməyən şahzadə koronavirus testindən keçib və testin nəticəsi pozitiv çıxıb. Bildirilir ki, partilərin birində 27 nəfər iştirak edib. Bu da, öz növbəsində, Kordovadakı qadağalara ziddir.
Qeyd edək ki, şahzadə İoahim Belçika şahzadəsi Astridin oğludur. “Reuters”in məlumatına görə, şahzadə taxt-tac növbəsində onuncu yeri tutur.
Son xəbərlər
Son Xəbərlər