Belçika sərhədlərini bağladı

belcika-serhedlerini-bagladi
Oxunma sayı: 1660

Belçika krallığı paytaxt Brüsseldə törədilmiş terror aktlarına görə sərhədlərini bağladığını elan edib.

“Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Fransanın paytaxtı Parislə Brüssel arasındakı dəmir yolu artıq bağlanıb.

Parisin şimal vağzalından Brüsselə yola düşmüş, “Thalys” şirkətinə məxsus qatar artıq geri qayıdıb.

Qeyd edək ki, martın 22-də Brüssel hava limannıda və metroda partlayışlar olub. Hadisə nəticəsində aeroportda 11 nəfər, metroda isə 15 nəfər həlak olub.