Belçika terrorunda yaddaşlarda qalan - Üzü qanlı qadın + Foto

belcika-terrorunda-yaddaslarda-qalan
Oxunma sayı: 7250

Dünən Brüsseldə İŞİD-in törətdiyi terror aktları nəticəsində dünya mətbuatına düşən məşhur fotodakı qadının kimliyi müəyyənləşib.

“Qafqazinfo“ xəbər verir ki, üzü qanlı, paltarları yanmış olan qadının Hindistan əsilli Nidhi Çaphekar olduğu məlum olub. O, Mumbayda “Jet Airways“də stüardessa işləyir.

Çaphekarın hələ də hadisənin şokundan oyanmadığı bildirilir. Hazırda onun müalicəsi xəstəxanada davam etdirilir.