Belçika və Niderlanddan darmadağın, Rusiya uduzdu

belcika-ve-niderlanddan-darmadagin-rusiya-uduzdu
Oxunma sayı: 2573

Futbol üzrə 2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində 3-cü tura start verilib.

"Qafqazinfo" xəbər verir ki, turun ilk oyun günündə 4 qrupda 10 qarşılaşma keçirilib.

A qrupunda Azərbaycan yığması Serbiyanı qəbul edib və 1:2 hesabı ilə uduzub. Portuqaliya isə  Lüksemburqun qonağı olub və 3:1 hesabı ilə qalib gəlib.

G qrupunda Türkiyə millisi Latviyanı sınağa çəkib və heç-heçə edib - 3:3.

DÇ-2022, seçmə mərhələ, 3-cü tur
30 mart

A qrupu

20:00. Azərbaycan - Serbiya - 1:2
Qollar: Emin Mahmudov, 59-pen - Aleksandar Mitroviç, 16, 81

22:45. Lüksemburq - Portuqaliya - 1:3
Qollar: Gerson Rodriges, 30 - Dioqu Jota, 45+2, Kriştiano Ronaldo, 51, Joau Palyinya, 80
Qırmızı vərəqə: Maksim Şano, 86 (Lüksemburq)

E qrupu
22:45. Uels - Çexiya - 1:0
Qol: Daniel Ceyms, 82
Qırmızı vərəqələr: Konnor Roberts, 77 - Patrik Şik, 49

22:45. Belçika - Belarus - 8:0
Qollar: Mişi Batşuayi, 14, Hans Vanaken, 17, 89, Leandro Trossard, 38, 76, Jeremi Doku, 42, Dennis Prat, 49, Kristian Benteke, 70 

G qrupu

22:45. Cəbəllütariq - Niderland - 0:7
Qollar: Stiven Bergeys, 42, Lyuk de Yonq, 55, Memfis Depay, 61, 88, Corcinyo Veynaldum, 62, Doniell Malen, 64, Donni van de Bek, 85

22:45. Monteneqro - Norveç - 0:1
Qol: Aleksander Sörlot, 35

22:45. Türkiyə - Latviya - 3:3
Qollar: Kenan Karaman, 2. Hakan Çalhanoğlu, 33. Burak Yılmaz, 52 (pen.) - Robert Savalniek, 35. Robert Uldrikis, 58. David İkaunieks, 79

H qrupu

20:00. Kipr - Sloveniya - 1:0
Qol: İoannis Pittas, 42

22:45. Slovakiya - Rusiya - 2:1
Qollar: Milan Şkrinyar, 38, Robert Mak, 74 - Mario Fernandes, 71

22:45. Xorvatiya - Malta - 3:0
Qollar: İvan Perişiç, 62, Luka Modriç, 76, Yosip Brekalo, 90