DÇ-də sürpriz - Belçika qrupda qaldı

dc-de-surpriz
Oxunma sayı: 3752

Bu gün dünya çempionatının qrup mərhələsinin ikinci turunda F qrupunun matçları keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, Belçika Xorvatiya ilə qarşılaşacaq.

Son turda sürprizə imza atıb Belçikanı udan Mərakeş artıq turnirlə vidalaşdığı bəlli olan Kanadanı sınağa çəkəcək. 

Matçlar saat 19:00-da başlayacaq. 

DÇ-2022
F qrupu
3-cü tur

19:00. Kanada – Mərakeş
Baş hakim: Rafael Klaus (Braziliya)
“Əl-Tumama” stadiionu.

19:00. Xorvatiya – Belçika
Entoni Teylor (İngiltərə).
“Əhməd bin Əli” stadionu.

***

Xorvatiya - Belçika matçı üçün start heyətlər açıqlanıb:

Xorvatiya: Dominik Livakoviç, Yosip Yuranoviç, Deyan Lovren, Yosko Qvardiol, Borna Sosa, Luka Modriç, Marselo Brozoviç, Mateo Kovaçiç, İvan Perişiç, Marko Livaya, Andrey Kramariç

Belçika: Tibo Kurtua, Tobi Alderveyreld, Yan Vertongen, Timoti Kastan, Aksel Vitsel, Leander Dendonker, Yannik Karrasko, Kevin De Brüyne, Leandro Trossard, Dris Mertens, Toma Mönye

Kanada - Mərakeş matçı üçün start heyətlər açıqlanıb:

Kanada: Milan Boryan; Stiven Vitoriya, Alister Conston, Kamal Miller; Sem Adekuqbe, Junior Hoylett, Mark Kaye, Conatan Osorio; Tedjon Byukenen, Alfonso Deyvis, Kayl Larin

Mərakeş: Yassin Bunu; Nayef Aquerd, Romen Saiss, Əşrəf Hakimi, Nussair Mazraui; Sofyan Amrabat, Abdelhamid Sabiri, Azeddin Unai; Sofyan Bufal, Yussuf En-Nesiri, Hakim Ziyeş

***

Oyunlar başladı.

***

Mərakeş hesabı açdı. Hakim Ziyeş 4-cü dəqiqədə fərqlənir.

***

Mərakeş hesabı 2:0 edir. 23-cü dəqiqədə Yusif En Nesri fərqlənir.

***

Kanada hesabı azaltdı. 41-ci dəqiqədə Aquerd öz qapısına qol vurdu.

***

Xorvatiya - Belçika matçında ilk hissə bitdi.

***

Kanada - Mərakeş matçında da ilk hissə bitdi.

***

Xorvatiya - Belçika ikinci hissə başladı.

***

Xorvatiya - Belçika matçı başa çatdı.

***

Kanada - Mərakeş matçı da bitdi.