Belçikada fevralın 13-də həmkarlar ittifaqları tərəfindən etiraz aksiyaları və tətillər keçiriləcək.
“Qafqazinfo” “Cnnturk”ə istinadən xəbər verir ki, Brüssel hava limanı işçilərinin aksiyaya qatılacağının mümkünlüyünü nəzərə alaraq həmin tarixdə 122 reysi təxirə salıb.
Qeyd olunur ki, tətilə görə ölkə miqyasında heç bir qatar, metro, tramvay və avtobus səfərləri həyata keçirilməyəcək.
Son xəbərlər
Son Xəbərlər