Belçikada 170 milyonluq kokain ələ keçirildi

belcikada-170-milyonluq-kokain-ele-kecirildi
Oxunma sayı: 1065

Belçika təhlükəsizlik qüvvələri həftə ərzində 4,5 ton kokain ələ keçirib.

“Qafqazinfo” “Gazeta.ru”ya istinadən xəbər verir ki, əməliyyatlar Antverpen limanında baş tutub.

Məlumata əsasən, konteynerlərdə Kolumbiyadan gətirilməli olan bananlar əvəzinə kokain aşkarlanıb. Saxlanılan 6 nəfərdən 5-i Niderland, digəri isə Kolumbiya vətəndaşıdır.

Polis ələ keçirilən narkotiki 170 milyon avro dəyərində olduğunu bildirib.