Belçikada hava limanı işçiləri tətilə qoşuldu - Ölkənin hava məkanı bağlandı

belcikada-hava-limani-iscileri-tetile-qosuldu
Oxunma sayı: 758

Belçikada 13 fevralda ölkə miqyasında baş tutan işçi tətilinə hava limanı işçiləri də qoşulub.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, ölkənin Hava Nəqliyyatına Nəzarət Qurumu yerli vaxtla 13 fevral 20:00-dan 14 fevral 22:00-a qədər hava məkanının bağlı olacağını açıqlayıb.

Bundan başqa, qatar, avtobus, polis, poçt və səhiyyə xidmətlərinin fəaliyyətində də ümumi tətil səbəbindən məhdudiyyətlər olacağı bildirilir.

Qeyd edək ki, Belçikada bir müddətdir işçilər maaşlarının artırılması üçün tələb irəli sürürlər. Lakin, tələb müsbət qarşılanmadığı üçün 13 fevralda ümumi tətil elan ediblər.