Belçikada karantin yumşaldıldı

belcikada-karantin-yumsaldildi
Oxunma sayı: 1425

Belçikada oktyabr ayından bu günə qədər tətbiq olunan sərt karantin rejimi yumşaldılıb.

“Qafqazinfo” xəbər verir ki, qərara əsasən, bağlı olan restoran, kafe və barların yalnız açıq hava olan hissələri 8 may tarixindən etibarən fəaliyyət göstərəcək.

Bağlar və terraslar kimi açıq sahələrdə masalar arasında ən az 1,5 metr məsafə saxlanılacaq və maksimum 4 müştəri olacaq. Müəssisələr müştəriləri səhər saat 8:00-dan 22:00-dək qəbul edə biləcəklər.

Açıq havada təşkil olunan tədbirlərə 8 mayda icazə veriləcək. Bu cür tədbirlərdə maksimum 50 nəfər iştirak edə biləcək.

Qeyd edək ki, 11 milyon əhalisi olan ölkədə son sutkada 3500 nəfər koronavirusa yoluxub.