Belçikada koronavirusdan ölənlərin sayı 5 mini keçdi

belcikada-koronavirusdan-olenlerin-sayi-5-mini-kecdi
Oxunma sayı: 720

Son 24 saatda Belçikada koronavirusdan ölənlərin sayı 313 nəfər artaraq 5136-ya çatıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Belçikanın Səhiyyə Nazirliyi açıqlama verib. Bildirilib ki, son sutka ərzində daha 1329 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb, yoluxanların ümumi sayı 36,138-ə çatıb. Ümumilikdə 7961 pasiyent isə sağalaraq evinə buraxılıb.

Qeyd edək ki, dünya üzrə 2,192,597 insan koronavirusa yoluxub, 147,376 nəfər xəstəlik səbəbindən həyatını itirib.