Belçikada Türkiyədəki referenduma görə dava - 4 yaralı

belcikada-turkiyedeki-referenduma-gore-dava
Oxunma sayı: 802

Belçikanın paytaxtı Brüsseldə Türkiyə Səfirliyinin binasının yaxınlığında türk vətəndaşları arasında referendumla bağlı dava olub.

“Qafqazinfo”nun “Posta”ya istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 4 nəfər yaralanıb. 

Əraziyə cəlb olunan polislər təhlükəsizlik tədbirlərini gücləndirib. 

Qeyd edək ki, Türkiyədə referendum seçkiləri aprelin 16-da keçiriləcək.