Belçikada üç günlük matəm elan olundu

belcikada-uc-gunluk-matem-elan-olundu
Oxunma sayı: 1654

Belçikanın paytaxtı Brüsseldə törədilən terror aktlarına görə ölkədə üç günlük matəm elan olunub.

“Qafqazinfo” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Belçikanın daxili işlər naziri Jan Jambon bildirib.

Qeyd edək ki, martın 22-də Brüsseldə hava limanında və metroda terror aktları törədilib. Son rəsmi rəqəmlərə görə, silsilə terror aktları nəticəsində 31 nəfər ölüb, 200-dən çox insan yaralanıb.