“Belçikadakı həbsxanalarda şərait əlverişsizdir” - Avropa Şurası

belcikadaki-hebsxanalarda-serait-elverissizdir
Oxunma sayı: 945

Avropa Şurasının İşgəncələrin, Qeyri-insani və ya ləyaqəti alçaldan Rəftar və Cəzanın Qarşısının Alınması Komitəsi (CPT) Belçikadakı həbsxanaları tənqid edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, həbsxanalarda sıxlıq, qeyri-adekvat davranışlar və məhbuslar arasında zorakılıq kimi problemlər mövcuddur.

Bildirilib ki, məhbusların yerdə döşəklərdə yatması, zorakılığa məruz qalmaları və səhiyyə xidmətlərindən yararlana bilməmələri kimi məsələlər onların həyatına mənfi təsir edir.