Belçikanın 82 illik həsrəti bitdi

belcikanin-82-illik-hesreti-bitdi
Oxunma sayı: 1469

Belçika milli komandası İngiltərə yığmasına qalib gəlməklə 82 illik həsrətə son qoyub.

“Qafqazinfo” xəbər verir ki, dünya çempionatının qrup mərhələsinin son turunda “qırmızı şeytanlar” britanıyalıları Adnan Yanuzayın qolu ilə 1:0 məğlub ediblər.

Roberto Martinesin yetirmələri bununla da 82 illik həsrəti bitiriblər. Belçika İngiltərəni sonuncu dəfə 1936-cı ildə məğlub etmişdi.