Belçikanın Ankaradakı səfiri XİN-ə çağırıldı

belcikanin-ankaradaki-sefiri-xin-e-cagirildi
Oxunma sayı: 741

Belçikanın Ankaradakı səfiri Michel Malherbe federal məhkəmənin PKK ilə əlaqəsi olan 36 hüquqi və fiziki şəxslə bağlı qərarına görə XİN-ə çağırılıb.

“Qafqazinfo” “Hurriyet”ə istinadən xəbər verir ki, quruma çağırılan səfirə məhkəmənin martın 8-də həmin şəxsləri terrorçu qismində mühakimə etməyəcəyinə dair verdiyi qərara etiraz bildirilib.