“Qafqazinfo” avtosfer.az saytına istinadən xəbər verir ki, 2011-ci il istehsalı olan və interyeri göz oxşayan avtomobil görənləri heyrətə gətirib. Tüninq vasitəsilə ecazkar vəziyyətə gətirilən avtomobilin salonu xarici avtomobillərin salonundan seçilmir. Bu «VAZ-2107»-nin texniki hissəsində aparılan işlər də diqqət çəkir. Avtomobil zavod istehsalı olan 2107-lərdən fərqli olaraq ABS əyləc sistemi ilə təchiz olunub. Bundan əlavə avtomobilə 3 oyun kompüteri, 4 kamera, yağış sensoru, avtomotik şüşəqaldırıcılar, bort komputer və naviqasiya sistemi də quraşdırılıb.
Qeyd edək ki, mühərrik start-stop düyməsi ilə hərəkətə gətirilir.
Son xəbərlər
Son Xəbərlər