“Qafqazinfo” xəbər verir ki, idmançımız rəqibi üzərində 3:0 hesablı qələbə qazanaraq növbəti mərhələyə adlayıb. O, qarşılaşmadan sonra jurnalistlərə açıqlama verib. Bağırov görüşdə tam gücü ilə vuruşa bilmədiyini deyib:
“Əslində bu yarışlara 100 faiz hazıram. Sadəcə bu gün 60 faizini rinqdə göstərə bildim. Uzun müddət idi ki, döyüşmürdüm. Birdən-birə belə ağır yarışa çıxmaq asan olmadı. Bugünki görüş də çətin keçdi. Birinci görüş həmişə həm psixoloji cəhətdən, həm də həyəcan baxımından gərgin keçir.Bu da özünü göstərirdi. Rəqibim 2 dəfə Olimpiya oyunlarının iştirakçısıdır. Onunla 2012-ci ildə Qazaxstanda qarşılaşmışdıq və həmin görüşdə də bu rəqibi məğlub etmişdim. Onda 2-ci görüşüm idi deyə daha yaxşı çıxış etmişdim”. İdmançımız 5 aydan sonra ilk dəfə rinqə çıxmasına baxmayaraq medallara iddialı olduğunu bildirib:
“Qarşıda daha çətin görüşlər olacaq. Düzdü, 5 aydan sonra rinqə çıxıram. Amma qalib gəlmək üçün əlimdən gələni edəcəm”.
Son xəbərlər
Son Xəbərlər