“Belə axmaq suallara cavab verməyəcəm” - “Bney Yehuda”nın baş məşqçisi

bele-axmaq-suallara-cavab-vermeyecem
Oxunma sayı: 2845

Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Neftçi” – “Bney Yehuda” (2:2) matçından sonra təşkil olunan mətbuat konfransında İsrail təmsilçisinin baş məşqçisi Yossi Abuksis jurnalistlərin suallarını cavablandırıb.

"Qafqazinfo" xəbər verir ki, 48 yaşlı mütəxəssis öncə oyunu şərh edib:

"Birinci hissə yaxşı alındı, 2 qol vura bildik. Sonra bir qədər yorulduq. Bu mövsüm ilk rəsmi oyunumuz idi. Fasilədən sonra yalnız müdafiəni fikirləşirdik. Oyundan əvvəl desəydilər ki, matç 2:2 bitəcək, bundan narazı olmazdım. Ancaq 2:0-dan belə nəticə qeydə alındığına görə, bizə yaxşı təsir etmədi. Bu, ilk 45 dəqiqə idi, cavab matçı İsraildə olacaq".

- İndiyə qədər belə biabırçı oyun görməmişdim. Futbolçularınız vaxt uzadır, azarkeşlərin əsəbləri ilə oynayırdılar. Buna görə utanırsız?

- Növbəti sual...

- Mən də həmin sualı verirəm.

- Növbəti sual...

- İkinci hissədə müdafiəyə çəkildiyinizi dediz. Futbolçularınız daha çox vaxt uzadırdı. Bu, sizin tapşırığınız idi?

- Belə axmaq suallara cavab verməyəcəm. Normal suallar verin. Sizin komandanız ikinci qolu son dəqiqədə vurdu. Bundan narazı olmamalısız. Əgər belə sual təkrarlansa, mən mətbuat konfransı otağını tərk edəcəm.

- Bu oyunu nəzərə alsaq, evdə də müdafiədən oynayacaqsız?

- Biz bu oyunu təhlil edəcəyik. Ondan sonra qərar verəcəyik.

- Bu hesabdan sonra özünüzü üstün sayırsız?

- Bunu deyə bilmərəm. Dünən də söyləmişdim ki, “Neftçi” çox güclüdü. Bu gün də onu təkrarlaya bilərəm. Həyat göstərəcək necə oynayacağımızı.